13 C
Baku
Monday, November 3, 2025

Azərbaycan–Qırğız İnkişaf Fondu 4 layihə üzrə 14 mln. manatdan çox maliyyə ayırıb

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur Əliyev Qırğız Respublikasına səfər edib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclası keçirilib. Tədbirdə hər iki tərəfdən Fondun Şurasının üzvləri və İdarə Heyətinin həmsədrləri iştirak ediblər.

E.Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, dövlətlərimizin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir,

Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. 2024-cü il 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.

Hazırda Fond ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4 investisiya layihəsinə 14,4 milyon ABŞ dolları həcmində maliyyə ayırıb. Bunlar 9 MVt gücündə “Tyup HES” kiçik su elektrik stansiyası, “Tanar Group” sosial yaşayış kompleksi daxilində çoxfunksiyalı mərkəz, “KG Tex” 300 iş yerlik tikiş fabriki və “Orion Grand” kovrolin istehsalı zavodu layihələridir.

İclasda gündəlikdə duran məsələlər, Fondun fəaliyyətini tənzimləyən sənədlər və reallaşdırılacaq layihələr müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər