14 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan Qırğızıstana internet sata bilər

2016-cı ilin yayında Qırğızıstan və Qazaxıstanın internet operatorları arasında ciddi konflikt baş verib.

Buna səbəb magistral internetin tariflərinin artırılması olub. Nəticədə Qırğızıstan hökuməti alternativ magistralların axtarışına başlayıb. Yerli operatorlar hesab edir ki, tarif problemini həll etməklə mövcud sxemi qüvvədə saxlamaq olar. Bununla yanaşı, “Qırğıztelekom” tranzit operator olmalıdır. Qırğızıstan hökuməti Rusiya, Qazaxıstan, Çinin internet magistrallarına və Azərbaycan dövlətinə məxsus olan “Azərkosmos” ASC-nin balansındakı peykə qoşulmağı nəzərdən keçir.

Qırğızıstanın Rabitə və İnformasiya Texnologiyaları üzrə Dövlət Komitəsinin sədri Bakıt Şarşenbiyev bildirib ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Azərkosmos” ASC-nin balansında olan peyk vasitəsilə Qırğızıstanı internetlə təchiz etməyi təklif edib. O deyib ki, Azərbaycandan internetin çatdırılması baha olsa da, müzakirə predmeti olan əsas variantlardan biridir: “Kabel internetindən fərqli olaraq, peyk internetinin imkanları məhduddur. Bundan başqa, peyk interneti bahalı məhsuldur. Lakin bu variant internetlə təchiz olunmayan ərazilərin təchizatı baxımından alternativ ola bilər. Söhbət ucqar ərazilərdən və ya gömrük məntəqələrindən gedir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər