Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə bir sıra normativ hüquqi akt təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan bazar ertəsi verilən məlumata görə, “Qiymətli kağızlar bazarında aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi” Qaydaları, “Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi” Qaydaları, “Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olunması” Qaydaları və “Depozitar fəaliyyətinin həyata keçirilməsi”.
Standartlarına dəyişikliklər təsdiq edilib.
Həmçinin, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar olaraq “İnvestisiya qiymətli kağızların emissiyası” Qaydaları təsdiq edilib.
Sözügedən qaydalar mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən korporativ istiqrazların emissiyasını, səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı səhmlərin əlavə emissiyasını, səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasını, kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızların emissiyasını tənzimləyir və investisiya qiymətli kağızların buraxılışlarına dövlət qeydiyyat nömrəsinin verilməsi prosedurunu müəyyən edir.
Qaydalar Azərbaycan Respublikasında emissiya edilən bütün investisiya qiymətli kağızlarının qeydiyyat nömrəsinin beynəlxalq standartlar əsasında verilməsini müəyyən edir, həmçinin Milli Nömrəliyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin (İSİN kodların) verilməsi nəzərdə tutur.