19 C
Baku
Tuesday, June 17, 2025

Azərbaycan qızıl, gümüş və mis hasilatını kəskin artırır

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilin ilk 5 ayında artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl hasilatının həcmi 2025-ci ilin yanvar-may aylarında 1 297.8 kiloqram olmaqla illik 63.9 faiz artım göstərib.

Anbarlarda 119.4 kq qızılın olduğu statistikaya alınıb.

Gümüş hasilatının həcmində isə illik müqayisədə 23.8 faiz artımla 1 686.9 kq olub. Anbarda isə 123.8 kq cəmi qızıl ehtiyatının olduğu bildirilir.

Ölkədə mis hasilatı bu ildən daha güclü artım göstərib. İllik müqayisədə misin hasilatı 10.3 dəfə artımla 917.3 ton olub. Bu hasilatın ekoloji məsələlər ilə bağlı dayanmasından sonra ən yüksək göstəricidir. Bununla belə mis hasilatı məsələn, 2022-ci ilin ilk beş ayında 1 677.8 ton idi.

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” hasilat şirkəti bu ildən elan edib ki, 2025-ci ilin ilk rübündə 6,029 min unsiya qızıl (artım 2,7 dəfə), 534 min ton mis (artım 9,9 dəfə), 30,321 min unsiya gümüş (artım 4,7 dəfə) hasil edib. Yanvar-mart aylarında “Gədəbəy” yatağından 5,758 min unsiya qızıl (artım 2,54 %), 8,212 min unsiya gümüş (artım 5,4 dəfə) hasil edilib.

Şirkət qeyd edir ki, “Dəmirli” mis-molibden yatağında istehsal 2025-ci il ərzində bərpa edilməsi planlaşdırılır.

Şirkətin məlumatına görə, 2028-ci ildə “Xarxar” və “Qaradağ” mədənlərini istismara verməyi planlaşdırır. Strateji inkişaf planına əsasən, AAM 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat təxminən 50-55 min ton həcmində proqnozlaşdırılır. AAM bu artıma 2025-2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında dörd yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilin ilk 4 ayında Azərbaycan hasil etdiyi qızılı sikkə halında 1 014 ton olmaqla 65.2 mln. dollara İsveçrəyə satıb.

Son xəbərlər
Digər xəbərlər