2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qızıl istehsalının həcmi kəskin artıb.
Banker.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən xəbər verir ki, hesabat müddətində Azərbaycanda 1 026.3 kiloqram qızıl hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71.2% artım deməkdir.
Gümüş hasilatında 21.9%-lik artım müşahidə olunub – 2025-ci ilin ilk dörd ayında 1 372 kiloqram gümüş hasil edilib. Gümüş hasilatındakı bu artım bazarda diqqət çəkən göstəricilərdən biridir.
Hesabat dövründə mis konsentratı hasilatı cəmi 674,2 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 9,3%-ə bərabərdir. Nəticə olaraq bu sahədə ciddi azalma qeydə alınıb.
Hazır məhsul ehtiyatına gəldikdə isə, 1 may 2025-ci il vəziyyətinə 154.8 ton mis konsentratı, 579.1 kiloqram gümüş və 64.5 kiloqram qızıl ehtiyatda qalıb.
Qeyd edək ki, ilin ilk 3 ayında Azərbaycandan xaricə 1 014 kq və ya $65.22 mln. həmcinə qızıl ixrac edib.