Azərbaycanda qızıl istehsalçı şirkəti olan Anglo-Asian Mining PLC (ААМ) şirkəti 2015-ci ilin I rübündə 17 193 unsiya qızıl əldə etmişdir ki, bu da keçən ilin analoji göstəriciləri ilə müqayisədə 52% çoxdur. Bu haqda məlumat şirkətin öz saytında verdiyi xəbərə görə verilmişdir.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin yanvar-mart aylarında 11 318 unsiya qızıl istehsal olunmuşdu. Ümumilikdə isə keçən ilin yekunlarına əsasən, şirkət 52 107 unsiya qızıl emal edib.
AAM 2015-ci ilin sonuna qədər 70-75 min unsiya qızıl emal etməyi planlaşdırır.
Cari ilin I rübündə şirkət orta hədlə 1 unsiya dəyəri 1 214 dollar olan 17 206 unsiya qızıl həyata keçirmişdir.