27 C
Baku
Sunday, April 28, 2024

Azərbaycan qızıl və gümüş hasilatını artırır – İki aya $15 milyonluq qızıl hasilatı

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 263.6 kiloqram qızıl hasil edilib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 0.2 faiz artım deməkdir. DSK-dan bildirilir ki, hazır mal ehtiyatının həcmi 219.6 kq təşkil edir. İstehsal edilmiş qızılın dəyəri hazırki bazar qiyməti ilə 15.34 mln. dollara yaxındır.

Dünya birjalarında qızıl mart ayında tarixi maksimum olan 2 180 dollar/unsiya qiymətinə qədər yüksəlib.

1 kq qızılın dəyəri isə $70 000-ə yaxındır.

Ölkənin mədən şirkətləri cari ildə gümüş hasilatını illik müqayisədə 22.7 faiz artırdığı halda, misin hasilatını kəskin azaldıb. Ölkə ərazisində ümumi gümüş hasilatı 567.7 kq olub.

İki aya cəmi 32.2 tonluq mis hasil edilib ki, bu da illik 94% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycanda qızıl hasil edən “Anglo Asian Mining plc” şirkəti son açıqlamalarında yeni mis yataqlarını aşkar etdiyini və gələcək üçün daha böyük hasilat proqnozunu verib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər