Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı azalıb. Ölkədəki mis istehsalında isə kəskin artım olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ilin yanvar-may ayında ölkədə 886.6 kq qızıl istehsal olunub. Bu göstərici 2022-ci ilin eyni dövrünə nisbətən 20.6% azdır.
Mis istehsalında da illik 50.3% artım müşahidə olunur. Ötən il Azərbaycanın mis istehsalının həcmi 1570.8 ton təşkil edib.
Komitənin məlumatına əsasən, bu il gümüş istehsalında 28.1% azalma olub. Belə ki, 5 ayda ölkədə 1794.5 kq gümüş istehsal edilib.
Qeyd edək ki, 01.06.2023-cü il vəziyyətinə ölkədə 183.4 kq hazır qızıl, 417.1 kq hazır gümüş, 608.1 ton hazır mis ehtiyatı var.