13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan qızıl və gümüş istehsalını azaldıb, mis istehsalını isə kəskin artırıb

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı azalıb. Ölkədəki mis istehsalında isə kəskin artım olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ilin yanvar-aprel ayında ölkədə 715.8 kq qızıl istehsal olunub. Bu göstərici 2022-ci ilin eyni dövrünə nisbətən 15.8% azdır.

Mis istehsalında da illik 44.5% artım müşahidə olunur. Ötən il Azərbaycanın mis istehsalının həcmi 1115.9 ton təşkil edib.

Komitənin  məlumatına əsasən, bu il gümüş istehsalında 29.5% olub. Belə ki, 4 ayda ölkədə 1393.2 kq gümüş istehsal edilib.

Qeyd edək ki, 01.05.2023-cü il vəziyyətinə ölkədə 97.6 kq hazır qızıl, 64.8 kq hazır gümüş, 412.4 ton hazır mis ehtiyatı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər