Azərbaycan 2023-cü ildə sənayedə sıx istifadə edilən qurğuşun istehsalını artırsa da ixrac azalıb.
Banker.az xəbər verir ki, 2023-cü il ərzində ölkədə 2 833.3 tonluq saflaşdırılmış qurğuşun hasil edilib. 2022-ci ildə isə bu rəqəm 1 141.8 ton olduğunu nəzərə alsaq, istehsal illik 148 faiz yüksəlib.
Emal edilməmiş qurğuşun isə 3 022.8 ton təşkil edib. Bu, öncəki ildə 1 919.4 ton idi.
Hesabat müddətində Azərbaycanda 786.2 ton və ya $1.713 milyonluq saflaşdırılmış qurğuşun və 6 226.9 ton və ya $12.886 milyonluq saflaşdırılmamış qurğuşun ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə qızılın ixrac həcmi 1 975.8 ton və ya $4.139 mln. saflaşdırılmış qurğuşun 3 610.7 ton və ya $7.412 mln. saflaşdırılmamış qurğuşun ixrac etmişdi.
İxracın böyük hissəsi Türkiyəyədir. Yerli şirkətlər bu ölkəyə 786.19 ton və ya $1.713 mln. saflaşdırılmış qurğuşun 6 035.2 ton və ya $12.509 mln. saflaşdırılmamış qurğuşun ixrac edib.