Banker.az-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər. Belə ki, Trend rayonlarda pis vəziyyətdə olan avtovağzallarda nə vaxt bərpa işlərinin aparılmasına dair Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə sorğu göndərib. Onlar isə cavablarında bildiriblər ki, avtovağzallar özəl sahibkarlıq subyekti olduğundan onların yenilənməsi istiqamətində aparılan işlər sahibkarlar tərəfindən həyata keçirilir.
Qeyd edək ki, ölkə üzrə 50-dən çox avtovağzal və avtostansiya kompleksi mövcuddur.