Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, N.Məmmədov bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri işləyib.
Bundan əlavə, N. Məmmədova yeni müavin kimi Bakı meri Hacıbala Abutalıbov təyin edilib.
Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.