9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Respublikasının 2018-ci il dövlət  büdcəsinnin gəlir və xərcləri

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2018-ci il dövlət  büdcəsinin  gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 473 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 323 075,0 min manat, yerli xərcləri  723 925,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Sıra
№-si
Gəlirlərin mənbələri Məbləğ

(min manatla)

1 2 3
2.1. Fiziki şəxslərin gəlir vergisi 1 196 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 320 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 50 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 182 000,0
2.5. Əlavə dəyər vergisi 4 288 000,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi  1 705 000,0
2.6. Sadələşdirilmiş vergi 380 000,0
2.7. Aksizlər 726 000,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər  172 000,0
2.8. Yol vergisi 91 000,0
2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi  18 000,0
2.9. Mədən vergisi 136 000,0
2.10. Gömrük rüsumları 535 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar  177 000,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar    68 529,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər  3 180,0
2.14. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar (transfertin yuxarı həddi)  9 216 000,0
2.15. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar    8 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar  8 000,0
2.17. Dövlət rüsumu 112 000,0
2.18. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 460 000,0
2.19. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 136 000,0
2.20. Sair daxilolmalar 34 291,0

 

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

3.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu – 333 000,0

3.1.1. yol vergisi – 91 000,0

3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş
vergi – 7 000,0

3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər  – 30 000,0

3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük
rüsumu – 41000,0

3.1.5. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu – 15 000,0

3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların  texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu – 16 000,0

3.1.7. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait- 133 000,0

Maddə 4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Maddə 6. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

6.1.  bu Qanunun 10-cu maddəsi ilə 2018-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa);

6.2.  gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri tam həcmdə.

Maddə 7. Bu Qanunun 10-cu maddəsi ilə 2018-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 8. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si Xərclərin istiqamətləri Məbləğ
(manatla)
1 2 3
8.1. Ümumi dövlət xidmətləri 3.622.839.062,0
8.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri  656.928.433,0
8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 215.700.000,0
8.1.3. elm xərcləri 128.060.175,0
8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri  72.272.931,0
8.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər  2.262.777.523,0
8.1.6. yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5.200.000,0
8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya  281.900.000,0
8.2. Müdafiə 2.738.721.836,0
8.2.1. müdafiə qüvvələri 1.366.267.865,0
8.2.2. milli təhlükəsizlik 111.658.826,0
8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.663.347,0
8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1.258.131.798,0
8.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 1.329.535.133,0
8.3.1. məhkəmə hakimiyyəti 54.346.645,0
8.3.2. hüquq mühafizə 974.751.945,0
8.3.3. prokurorluq 58.270.259,0
8.3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 242.166.284,0
8.4. Təhsil 2.001.978.015,0
8.4.1. məktəbəqədər təhsil 175.314.065,0
8.4.2. ümumi təhsil 1.082.159.571,0
8.4.3. ilk peşə-ixtisas təhsili 27.977.633,0
8.4.4. orta ixtisas təhsili 41.302.250,0
8.4.5. ali təhsil 42.716.929,0
8.4.6. əlavə təhsil 3.743.051,0
8.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər 628.764.516,0
8.5. Səhiyyə 739.334.330,0
8.5.1. poliklinikalar və ambulatoriyalar 109.566.549,0
8.5.2. xəstəxanalar 349.195.543,0
8.5.3. səhiyyə sahəsində digər xidmətlər 6.608.160,0
8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 5.112.214,0
8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 268.851.864,0
8.6. Sosial müdafiə və sosial təminat 2.197.182.103,0
8.6.1. sosial müdafiə xərcləri 2.163.420.302,0
8.6.1.1. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait  1.300.000.000,0
8.6.2. sosial təminat xərcləri 33.701.801,0
8.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 60.000,0
8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0
8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 128.547.661,0
8.7.2. radio, televiziya və nəşriyyat 57.721.175,0
8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 44.590.913,0
8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 75.266.811,0
8.8. Mənzil və kommunal təsərrüfatı 458.558.557,0
8.8.1. mənzil təsərrüfatı 61.206.293,0
8.8.2. kommunal təsərrüfatı 345.056.129,0
8.8.3. su təsərrüfatı 33.961.000,0
8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 18.335.135,0
8.9. Yanacaq və enerji 8.016.600,0
8.9.1. enerji kompleksi  6.995.000,0
8.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar 1.021.600,0
8.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi  656.259.888,0
8.10.1. kənd təsərrüfatı 616.598.035,0
8.10.2. meşə təsərrüfatı 13.068.738,0
8.10.3. balıqçılıq və ovçuluq 2.888.772,0
8.10.4. ətraf mühitin mühafizəsi 15.924.935,0
8.10.5. hidrometeorologiya tədbirləri 7.779.408,0
8.11. Sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0
8.11.1. tikinti 4.827.476.000,0
8.11.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 4.824.200.000,0

 

8.11.2. faydalı qazıntılar 12.900.000,0
8.11.3. geodeziya və xəritəçəkmə 4.000.000,0
8.12. Nəqliyyat və rabitə 166.790.678,0
8.12.1. nəqliyyat 110.286.678,0
8.12.2. rabitə 56.504.000,0
8.13. İqtisadi fəaliyyət 245.511.000,0
8.13.1. iqtisadi və kommersiya fəaliyyəti 196.481.000,0
8.13.1.1. sahibkarlığa dəstək 46.481.000,0
8.13.1.2. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri  150.000.000,0
8.13.2. iqtisadi fəaliyyətin digər sahələri 49.030.000,0
8.14. Əsas bölmələrə aid edilməyən xidmətlər  1.731.770.238,0
8.14.1. məqsədli büdcə fondları 333.000.000,0
8.14.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 333.000.000,0
8.14.2. ehtiyat fondları 404.000.000,0
8.14.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 304.000.000,0
8.14.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 100.000.000,0
8.14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 994.770.238,0
8.14.3.1. beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər  20.000.000,0
8.14.3.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər  20.000.000,0
8.14.3.3. digər xidmətlər üzrə xərclər 954.770.238,0

 

Maddə 9. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.907.000.000,0 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 111.000.000,0 manat, yerli xərclər 723.925.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 7.142.650.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 70.575.000,0 manat məbləğində təsdiq edilsin; o cümlədən:

(manatla)

Sıra
 Şəhər v
rayonların adı
Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdiril-miş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
cəmi o cümlədən
“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ
1 2 3 4 5 6 7
  Şəhərlər:          
1. Bakı 7 283 800 000 88 516 000  211 311 000  6 983 973 000 0
2. Gəncə 46 316 000 800 000 33 534 000 11 982 000 0
3. Lənkəran 17 215 000 813 000 14 051 000 2 351 000 0
4. Mingəçevir 21 220 000 60 000 12 212 000 8 948 000 0
5. Naftalan 3 950 000 4 000 2 524 000 1 422 000 0
6. Sumqayıt 88 510 000 848 000 45 186 000 42 476 000 0
7. Şəki 19 698 000 840 000 15 106 000 3 752 000 0
8. Şirvan 16 857 000 531 000 8 049 000 8 277 000 0
9. Yevlax 14 638 000 740 000 5 442 000 8 456 000 0
10. Xankəndi          
  Rayonlar:          
11. Abşeron 36 280 000 112 000 13 179 000 22 989 000 0
12. Ağcabədi 9 561 000 431 000 8 940 000 190 000 0
13. Ağdam 4 806 000 34 000 10 099 000 0 5 327 000
14. Ağdaş 5 280 000 26 000 4 416 000 838 000 0
15. Ağstafa 4 767 000 54 000 7 497 000 0 2 784 000
16. Ağsu 3 867 000 287 000 5 923 000 0 2 343 000
17. Astara 10 383 000 4 614 000  6 260 000 0 491 000
18. Balakən 5 442 000 1 320 000 6 477 000 0 2 355 000
19. Beyləqan 7 899 000 34 000 6 010 000 1 855 000 0
20. Bərdə 10 946 000 54 000 10 892 000 0 0
21. Biləsuvar 7 332 000 1 618 000 5 714 000 0 0
22. Cəbrayıl 1 103 000 28 000 2 446 000 0 1 371 000
23. Cəlilabad 7 397 000 44 000 10 140 000 0 2 787 000
24. Daşkəsən 2 733 000 4 000 3 771 000 0 1 042 000
25. Füzuli 6 330 000 16 000 9 280 000 0 2 966 000
26. Gədəbəy 4 770 000 20 000 8 855 000 0 4 105 000
1 2 3 4 5 6 7
27. Goranboy 4 833 000 8 000 8 078 000 0 3 253 000
28. Göyçay 8 869 000 40 000 8 829 000 0 0
29. Göygöl 4 505 000 9 000 5 890 000 0 1 394 000
30. Hacıqabul 5 305 000 13 000 3 904 000 1 388 000 0
31. Xaçmaz 21 522 000 2 492 000 11 458 000 7 572 000 0
32. Xızı 2 031 000 3 000 2 822 000 0 794 000
33. Xocalı 427 000 4 000 1 356 000 0 933 000
34. Xocavənd 621 000 10 000 2 395 000 0 1 784 000
35. İmişli 21 912 000 271 000 6 820 000 14 821 000 0
36. İsmayıllı 7 765 000 19 000 6 837 000 909 000 0
37. Kəlbəcər 1 174 000 2 000 3 301 000 0 2 129 000
38. Kürdəmir 7 275 000 14 000 6 182 000 1 079 000 0
39. Qax 3 780 000 20 000 7 853 000 0 4 093 000
40. Qazax 9 738 000 36 000 9 363 000 339 000 0
41. Qəbələ 14 930 000 35 000 6 859 000 8 036 000 0
42. Qobustan 3 006 000 6 000 3 448 000 0 448 000
43. Quba 13 987 000 62 000 8 919 000 5 006 000 0
44. Qubadlı 2 573 000 2 000 2 117 000 454 000 0
45. Qusar 6 699 000 30 000 6 471 000 198 000 0
46. Laçın 1 916 000 72 000 5 647 000 0 3 803 000
47. Lerik 2 201 000 7 000 5 300 000 0 3 106 000
48. Masallı 8 951 000 41 000 8 210 000 700 000 0
49. Neftçala 6 480 000 32 000 6 448 000 0 0
50. Oğuz 2 950 000 31 000 5 057 000 0 2 138 000
51. Saatlı 8 369 000 10 000 7 207 000 1 152 000 0
52.

Sabirabad

11 180 000

20 000

8 247 000

2 913 000

0

53. Salyan 10 573 000 25 000 10 548 000 0 0
54. Samux 2 877 000 68 000 4 784 000 0 1 975 000
55. Siyəzən 3 225 000 15 000 3 210 000 0 0
56. Şabran 4 470 000 33 000 4 300 000 137 000 0
57. Şamaxı 8 079 000 30 000 7 612 000 437 000 0
58. Şəmkir 13 021 000 50 000 16 608 000 0 3 637 000
59. Şuşa 1 109 000 4 000 2 055 000 0 950 000
60. Tərtər 4 913 000 12 000 7 366 000 0 2 465 000
61. Tovuz 15 577 000 5 481 000 12 780 000 0 2 684 000
62. Ucar 4 374 000 16 000 5 939 000 0 1 581 000
63. Yardımlı 2 191 000 9 000 4 438 000 0 2 256 000
64. Zaqatala 7 844 000 98 000 9 951 000 0 2 205 000
65. Zəngilan 1 641 000 4 000 1 940 000 0 303 000
66. Zərdab 3 007 000 18 000 6 062 000 0 3 073 000
  Cəmi: 7 907 000 000 111 000 000 723 925 000 7 142 650 000 70 575 000
             

 

Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədi ilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanı həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

Maddə 12. Azərbaycan Respublikasının 2018-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

12.1.Daxili dövlət borcu üzrə 103.180.383,0 manat 

12.1.1.faiz ödənişləri – 80.173.398,0 manat

12.1.2.əsas borc üzrə ödənişlər – 23.006.985,0 manat

12.2.Xarici dövlət borcu üzrə – 2.159.597.140,0 manat 

12.2.1. faiz ödənişləri -533.591.421,0 manat

12.2.2. əsas borc üzrə ödənişlər – 1.626.005.719,0 manat

Maddə 13. Azərbaycan Respublikasının 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 700 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 2 150 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 4 000 000,0 min manat məbləğində təsdiq edilsin.

Maddə 14. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri, ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 15. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 920 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 891 000,0 min manat və Avropa Birliyinin qrantından daxilolmalar 29 000,0 min manat hesabına həyata keçirilsin.

Maddə 16. Azərbaycan Respublikasının 2018-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 24 936 733,6 min manat müəyyən edilsin.

Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2018-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 12 389 746,0 min manat məbləğində müəyyən edilsin.

Maddə 18. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər