21.6 C
Baku
Monday, October 7, 2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı müsabiqə elan edir

28 oktyabr 2014, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı “Naxçıvan MR – 90 il” mövzusunda qızıl, “Əsrin müqaviləsi – 20 il” və “Bakı-Tbilisi-Qars dəmir yolu” mövzularında gümüş xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün xatirə sikkələrinin eskizləri və iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti 15 noyabr 2014-cü il tarixinədək Mərkəzi Banka təqdim olunmalıdır.

Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq.

Hər mövzu üzrə müsabiqənin qalibi üçün 500 manat məbləğində pul mükafatı və bir ədəd gümüş xatirə sikkəsi müəyyən olunmuşdur.

Əlaqə: [email protected] tel. 4931122 (daxili 386)

Son xəbərlər
Digər xəbərlər