3 C
Baku
Saturday, December 14, 2024

AMB növbəti notlar üzrə hərrac keçirəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Banker.az Bakı Fond Birjasına istinadla məlumat verir ki,  30 yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si 50100573S
Hərraca çıxarılan həcm 300 000 000 AZN
Notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti  28 gün
Ödəmə tarixi                                     27.02.2019

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Son xəbərlər
Digər xəbərlər