10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan-Rusiya birgə müəssisəsinə rəhbəri dəyişdi

Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC-nin baş icraçı direktoru dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, şirkətin direktoru Ələddin Sadıqov Rəşid oğlu vəzifəsindən azad edilib.

Onun yerinə Rusiya Federasiyası vətəndaşı Nikolay Xnyikin (Nikolai Khnykin) təyin edilib.

Qeyd edə ki, adı çəkilən şirkər Azərbaycan və Rusiyanın Qazaxdakı layihəsidir. 2006-cı ildən fəaliyyətdədir. Şirkətin nizamnamə kapitalı 25.4 milyon ABŞ dolları dəyəri var.

AzRosPromİnvest Azərbaycanda yeganə müəssisədir ki, bentonit gili hasilatı və emalı ilə məşğuldur və onun əsasında müxtəlif məhsullar istehsal edir. Müəssisənin xammal bazası Azərbaycan Respublikasının Qazax rayonu, Daş-salahlı kəndin yaxınlığında yerləşən unikal Daş-Salahlı bentonit gil yatağıdır.

Son xəbərlər
Digər xəbərlər