13 C
Baku
Friday, April 19, 2024

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinə uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, komissiyanın üzvləri arasında “Azad Nağıyev – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri” sözləri “Azad Nağıyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi müdirinin müavini” sözləri ilə əvəz edilib.

Analoji dəyişiklik Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinə də edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncama dəyişiklik edilib.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə yeni vəzifə verilib. Belə ki, Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsini təmin edəcək. Əvvəllər bu, Əmlak Məsələləri Dövlət Komitəsinə verilirdi.

Son xəbərlər
Digər xəbərlər