9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edib

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb.

Bu barədə Rusiya hökumətinin saytı xəbər verir.

Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub”, – məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra işçi qrupu fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb.

Son xəbərlər
Digər xəbərlər