15 C
Baku
Sunday, November 9, 2025

Azərbaycan Rusiyadan ən çox kənd təsərrüfatı texnikası alan ölkələr sırasındadır

Rusiya kənd təsərrüfatı texnikasının 2015-ci ilin altı ayı ərzində əsas idxalçısı olan ölkələrin siyahısı açıqlanıb. Belə ki, qeyd edilən dövrdə Almaniya, Azərbaycan, Fransa, Bolqarıstan, Türkiyə və Kanadaya kənd təsərrüfatı texnikasının ixrac həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb. Agentliyin xəbərinə görə, bu barədə “Agroinvestor” məlumat verib.

Qazaxıstan, Monqolustan, Tacikistana satılan texnikanın həcmi 2 dəfə, Qırğızıstan və Macarıstana isə 30% artıb. Rusiya kənd təsərrüfatı texnikasının Moldovaya ixracının artımı 36% təşkil edib. Təkcə Belarusa satılan texnikanın həcmi azalıb və 2015-ci ilin altı ayında azalma 33% olub.

Qeyd edək ki, 2015-ci ilin birinci yarısında Rusiyadan kənd təsərrüfatı texnikasının ümumi ixrac həcmi 3,8 mlrd. rubl təşkil edib. Bu, 2014-cü ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Report

Son xəbərlər
Digər xəbərlər