6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan Rusiyadan 1,4 mln ton taxıl idxal edib

2019/2020-ci mövsüm ilində Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə, bu, isə Rusiyanın ümumi taxıl ixracının 4 faizini təşkil edib.

2019/2020-ci mövsüm ilində Rusiya Türkiyəyə ümumilikdə 9 milyon ton taxıl ixrac edib ki, bu da bu ölkənin ümumi ixracının 22 faizini təşkil edir.

Belə ki, cari mövsümdə Rusiya Misirə 6 milyon ton və ümumi taxıl ixracının 15 faiz həcmində taxıl ixrac edib. Bu müddətdə Banqladeşə 2,1 milyon ton (5%), Səudiyyə Ərəbistanına 1,5 milyon ton (4%) taxıl ixrac edilib.

Mövsümün əvvəlindən Rusiya ümumilikdə 40,2 milyon ton taxıl ixrac edib. Bura həmçinin 32,2 milyon ton buğda daxildir ki, bu da ötən mövsümün analoji dövrü ilə müqayisədə 7,6 faiz azdır. Həmçinin, bu mövsüm ərzində 3,9 milyon ton arpa ixrac edilib ki, bu da ötən mövsümün analoji dövrü ilə müqayisədə 14,9 faiz azdır.

Bundan başqa, bu mövsüm ilində Rusiyadan dünyaya 3,8 milyon ton qarğıdalı ixrac edilib ki, bu da analoji dövrlə müqayisədə 45,9 faiz çoxdur. Bu dövr ərzində 0,3 milyon ton digər dənli bitkilər ixrac edilib ki, bu da ötən mövsümün analoji dövrü ilə müqayisədə 54,9 faiz azdır.

Qeyd edəki, 2019/2020-ci mövsümündə Rusiyanın ioxrac etdiyi dənli bitkilərin həcmi 45mln ton təşkil edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər