8.6 C
Baku
Thursday, November 28, 2024

Azərbaycan Rusiyadan idxal məhdudiyyətini ləğv edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının (RF) Xantı-Mansi muxtar dairəsində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb. Xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan muxtar dairədə xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin rəsmi məlumatı və “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, Nyukasl xəstəliyi ilə bağlı RF-nın Xantı-Mansi muxtar dairəsinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müvafiq tədbirlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər