Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təbii qazın alınması məqsədi ilə Rusiyanın “Qazprom” şirkətinə müraciət edib və hazırda qarşı tərəfdən cavab gözləyir. Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevdeyib.
R.Abdullayev alınması nəzərdə tutulan qazın həcmini də açıqlayıb: “Bizə 3-5 mlrd. kubmetr qaz lazımdır. Qazı əsasən quyulara və anbarlara vurmaq üçün alırıq. Bilirsiniz ki, bizim ambarların tutumu 5 mlrd. kubmetrdən çoxdur, lakin hələlik ora maksimum 3,5 mlrd. kubmetr vurmuşuq”.
Report