Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının ixracına icazə verilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti bildirib.
Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şirkətlərin baytarlıq-sanitar tələblərinə uyğunluğu zəmanəti əsasında Rusiya müəssisələrinə ixrac icazəsi verib.
Hazırda Rusiyanın 1 074 müəssisəsi Azərbaycana məhsul ixracını həyata keçirir.