Azərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta idxal edib.
Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Dekabrın 21-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”, – məlumatda qeyd olunub.
Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.