11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Rusiyaya qazın verilməsini dayandırdı

“Gazprom” şirkətinin verdiyi məlumatlara görə Azərbaycan 13 yanvardan etibarən texniki səbəblərə görə Rusiyaya qazın verilməsini dayandırdı. Qazın verilməsinin nə vaxt bərpa ediləcəyi isə hələ ki məlum deyil.

Qazın verilməsi dayandırılmamışdan öncə Azərbaycanın Rusiya tərəfinə verdiyi qazın gündəlik həcmi 3 milyon kubmetrə bərabər idi. Ümumilikdə isə 2013-cü il ərzində bu marşrut üzrə verilən qazım həcmi 1,37 milyard kubmetrə enmişdir.

Azərbaycan qazının Rusiyaya verilməsi ilə bağlı müqavilə 2009-cu ildə “Gazprom” ilə SOCAR şirkəti arasında imzalanmışdı. Qazın verilməsi isə 2010-cu ilin yanvar ayından başlanıb. 2012-ci ildə isə fəaliyyətdə olan müqaviləni tamamlayıcı müqavilələr də imzalanmışdır.

Təxminlərə görə, artıq 2012-ci ildə Azərbaycanın göndərdiyi qazın həcmi ildə 1,5 kubmetrdən 3 milyard kubmetrə qədər yüksələcək, 2013-cü ildə isə 3 milyarddan da yüksək olacaq.

Azərbaycan qazı Rusiyaya ilk növbədə Dağıstanı qazla təmin etmək üçün satılır.

Son xəbərlər
Digər xəbərlər