Azərbaycan Rusiyaya tikinti materialları tədarük etməyi planlaşdırır.
“Rusiya tərəfi Azərbaycandan tikinti materiallarının tədarükünə maraq göstərib. Bununla əlaqədar iki ölkənin müvafiq dövlət qurumları bu məsələ üzərində işləyir”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Rusiya şirkətləri Azərbaycana maşınqayırma, helikopterqayırma, əczaçılıq, neft-qaz maşınqayırma məhsullarının tədarükünü artırmaq istəyir. “Xüsusilə RF Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün müxtəlif modifikasiyalı helikopterlərin tədarükünü təklif edir”, – deyə mənbə əlavə edib.