Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonuna qədər, Türkiyədən isə yaxın vaxtlarda gözlənilir.
Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır”, – məlumatda qeyd olunub.
Nazirliyin məlumatına əsasən, 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3 % artaraq 31,74 milyard ədəd təşkil edib.