Bu ilin yanvar-mart aylarında Azərbaycan 17 929 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatıa görə, 2021-ci ilin ilk üç ayında 9 milyon 27 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3.1 dəfəyədək çoxdur.
Cari ilin yanvar-mart aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.22%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.80%-ə bərabər olub.