24 C
Baku
Monday, October 13, 2025

“Azərbaycan Sənaye Bankı” 2025-ci ilin üçüncü rübü ərzində kiçilib – depozitlərdə azalma var

“Azersun Holding” MMC-yə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri və depozitləri illik müqayisədə artsa da, 2025-cü ilin iyul-avqust rüblüyündə geriləyib.

Banker.az Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, cəmi aktivləri 2025-ci ilin ikinci rübündəki 814,3 milyon manatdan üçüncü rübündə 799,4 milyon manata enib, bu da 1,8%-lik azalma deməkdir. Bununla belə, aktivlər illik müqayisədə 7% yüksəlişdədir.

Aktivlərin strukturunda müştərilərə verilmiş xalis kreditlər 304,7 milyon manatdan 301,8 milyon manata düşüb. Banklararası bazarda yerləşdirilən vəsaitlər rüb ərzində 420 milyon manata enərək 4% azalıb. Nağd vəsaitlərdə isə əksinə artım müşahidə olunub — bu göstərici 20 milyon manatdan 17 milyon manata düşüb.

Cəmi depozitlər 2025-ci ilin üçüncü rübünün əvvəlində 491 milyon manat olduğu halda, rübün sonuna  474 milyon manata enib, bu da 3%-lik azalma deməkdir. Fiziki şəxslərin depozitləri rüb ərzində 1% azalma ilə 309 milyon manata, hüquqi şəxslərin depozitləri 177 milyon manatdan 164 milyon manata düşməklə 7% azalıb.

Kapital göstəricilərinə gəldikdə, bankın nizamnamə kapitalı 118,6 milyon manatdan 120,9 milyon manata, yəni 1,9% artıb. Cəmi kapital isə 124,8 milyon manatdan 126,6 milyon manata yüksəlib.

Bank 2025-ci ilin ilk 9 ayında 4.7 milyon manat xalis mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər