Mayın 20, saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” Yaşayış Kompleksində keçiriləcək.
Yığıncağın gündəliyinə “Azərbaycan Sənaye Bankı”nın 2023-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, ASC-nin 2023-cü ilin nəticələri üzrə “İllik Hesabatı”nın təsdiq edilməsi, dividendlərin bölüşdürülməsi və digər məsələlər daxildir.