AzersunHolding-ə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC-min 2023-cü ilin ilk üç rübündə aktivlərinin həcmi 707.51 mlnş manata düşüb.
Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinad edir.
Bankın aktivlərinin həcmi 2023-cü ilin əvvəli ilə müqayisədə 5.4 faiz azalıb. Aktivlərdə azalma əsasən başqa banklardakı müxbir hesabları ilə bağlıdır. Belə ki, ilin əvəlində bu 55.3 mln. manat olduğu halda, ilk üç rübün sonuna 18.6 mln. manata düşüb.
Bankın depozitlərinin həcmi ilin əvvəli ilə müqayisədə 2.4 faiz azalaraq 438.78 mln. manata düşüb.
2023-cü ilin ilk üç rübü ərzində 3.48 mln. manat həcmində xalis mənfəət əldə edib. Bankın 1 oktyabr 2023-cü il tarixinə balansında 48.19 mln. manat bölüşdürülməmiş mənfəət var.