“Azərbaycan Sənaye Bankı” ASC Səhmdarların növbəti Ümumi Yığıncağının iclasının keçirilməsi barədə elan edir.
Banker.az xəbər verir ki, iclas 31 may 2021-ci il tarixində keçirləcək.
İclasın gündəliyinə “Azərbaycan Sənaye Bankı” ASC-nin 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, bankın 2020-ci ilin nəticələri üzrə “İllik Hesabatı”nın təsdiqi və digər məsələlər daxil edilib.
Xatırladaq ki, 60 mln. manat nizamnamə kapitalına sahibdir. Səhmlərinin 98.43%-i “Anadolu Investment Company”, 1%-i Leyla Goozal Kurt və 0,57%-i “Azərbaycan Sənaye Lizinq” Şirkətinə məxsudur.