9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Sənaye Bankı son 2 rübdə rekord göstəricilər elan edib

Banker.azın verdiyi məlumata görə, ASB 2016-cı ilin 3-cü rübün sonuna dair hesabtları açıqlayıb.

Bankın aktivləri 1 rüb ərzində qismən artmışdır. Belə ki, aktivlər 1 rüb ərzində 4 mln. manat artaraq 636 mln. manat təşkil etmişdir. ASB-nin kapitalının həcmi demək olar dəyişməz qalmışdır . 3-cü rübün sonuna bankın 83 mln. manat kapitalı vardır.

Bankın maliyyə göstəricilərinə əsasən, bank 2-ci və 3-cü rüblərdə kifayət qədər gəlir artımı göstərmişdir. Müvafiq rüb sonlarına əsasən, bank 4.5 və 5.9 mln. manat mənfəət əldə edib.

Bankın vaxtı keçmiş aktivlərinin həcmi təxminən 7 mln. manat təşkil edir.

Banker.az analitiklərinin fikrincə, ASB bankın mənfəət vaxtı keçmiş kreditlər üzrə həcmi, indiki bank bazarındakı durumla uzlaşmır. Ehtimal olunur ki, bank ilin əvvəllərində vaxtı keçmiş kreditlər üzrə mənfəətdən silinmələr həyata keçirərək kredit portfelini təmizləmişdir.

Hesabatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Son xəbərlər
Digər xəbərlər