11 C
Baku
Monday, November 25, 2024

“Azərbaycan Sənaye Bankı”na yeni departament direktoru təyin edilib

“Azərbaycan Sənaye Bankı” ASC-nin departamentlərindən birinə direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, Emil Yusifov Rəqəmsal Bankçılıq Departamentinin direktoru təyin edilib.

O, buna qədər ASB-də Rəqəmsal Bankçılıq Departamentinin direktor müavini, Kart Əməliyyatları və Sistem İnkişafı Departamentinin direktor müavini kimi vəzifələrdə çalışıb.

Rəqəmsal Bankçılıq Departamentinə ADK( Alternativ Dağıtım Kanalları) və Rəqəmsal Dəstək Şöbəsi, Ödəniş Kartları Şöbəsi və Dev-Ops (Sistem yazılım və uyğulama) şöbəsi daxildir.

Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları “Azersun Holding” MMC-yə yaxın olan “Anadolu Investment Company” MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir (0.58%).

Son xəbərlər
Digər xəbərlər