7 C
Baku
Thursday, January 16, 2025

“Azərbaycan Sənaye Bankı”nın 2024-cü ildə maliyyə vəziyyəti açıqlandı

“Azərbaycan Sənaye Bankı” 2024-cü ili 6 milyon 450 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 5 milyon 119 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 26% artımı deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il ASB-nin gəlirləri 51 milyon 812 min manat, xərcləri 44 milyon 88 min manat təşkil edib. 2023-cü ilin eyni dövründə gəlirlər 45 milyon 503 min manat, xərclər isə 39 milyon 250 min manat olub.

Bu ilin yanvar ayının 1-nə ASB-nin aktivləri 779 milyon 250 min manat olub ki, bunun 296 milyon 177 min manatı müştərilərə verilən kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər