2 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycan Sənaye Bankı”nın müştəriləri depozitlərinin 154 mln. manatını geri çəkib

“Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 30 sentyabr 2022-ci il tarixinə 714 milyon 112 min manat olub ki, bu da illik müqayisədə 153 milyon manat və ya 18% azalma deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında “Azərbaycan Sənaye Bankı”nın müştərilərə verdiyi kredit 249 milyon 342 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 226 milyon 744 min manat təşkil edib. Belə ki, bankın kredit portfeli son 1 ildə 10% böyüyüb.

Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 20.4% azalaraq 605 milyon 167 min manat olub, depozit portfeli 26% azalaraq 438 milyon 564 min manat, cəmi kapitalı isə 2.4% artaraq 108 milyon 945 min manat təşkil edib.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

ak1 ak2

Son xəbərlər
Digər xəbərlər