30 C
Baku
Tuesday, July 15, 2025

“Azərbaycan Sənaye Bankı”nın yarım ildə mənfəəti azalıb

“Azərbaycan Sənaye Bankı” 2025-ci ilin yanvar-iyun aylarını 2 milyon 862 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 2 milyon 899 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 1.3% azalması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında ASB-nin gəlirləri 26 milyon 257 min manat, xərcləri 22 milyon 272 min manat təşkil edib. 2024-cü ilin eyni dövründə gəlirlər 24 milyon 841 min manat, xərclər isə 21 milyon 595 min manat olub.

Hesabat dövründə ASB-nin aktivləri 814 milyon 843 min manat olub ki, bunun 304 milyon 250 min manatı müştərilərə verilən kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər