“Azərbaycan Sənaye Bankı”nın yarım ildə maliyyə durumu açıqlandı

“Azərbaycan Sənaye Bankı” 2026-cı ilin yanvar-iyun aylarını 3 milyon 444 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 2 milyon 862 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 20.3% artması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında ASB-nin gəlirləri 31 milyon 654 min manat, xərcləri 27 milyon 168 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə gəlirlər 26 milyon 257 min manat, xərclər isə 22 milyon 272 min manat olub.

Hesabat dövründə ASB-nin aktivləri 874 milyon 525 min manat olub ki, bunun 405 milyon 425 min manatı müştərilərə verilən kreditlərdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər