12 C
Baku
Thursday, March 28, 2024

“Azərbaycan Sənaye Korporasiyası” şüşə istehsalını genişləndirir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” MMC-nin zavodunda I istehsalat sexinin II istehsalat xətti işə salınıb.

Banker.az bu barədə Korporasiyaya istinadən xəbər verir.

Məlumata görə, yeni xəttin işə salınması münasibəti ilə zavodun ərazisinə baxış keçirən qurumun baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olub, lazımi göstərişlər verib.

Yenilik nəticəsində zavodun istehsal gücünün 90%-ə çataçağı, ildə 80-85 mln. şüşə tara istehsal ediləcəyəi və 50-60 yeni iş yerinin açılacağı gözlənilir.ask suse

2018-ci ildə təsis edilən “ASK Şüşə” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir. 22 ha ərazidə yerləşən zavod İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. Xammal kimi istifadə olunan şüşə qırıntılarının tədarükü əsasən respublikanın emal müəssisələrindən təşkil olunur.

Son xəbərlər
Digər xəbərlər