“Azərbaycan Sənaye Korporasiyası” ASC “RSM Azerbaijan” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və bəzi törəmə cəmiyyətlərinin (“Azəralüminium MMC” “Azərpambıq Aqrar Sənaye Kompleksi ” MMC) 2023-2025-ci illər üçün maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarının Beynəlxalq Audit Standartları əsasında illik auditinin keçirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 520 380 AZN təşkil edir.