5 C
Baku
Monday, March 3, 2025

Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən zərərə keçibmiş – 9 mln. manat!

Dövlət başçısı tərəfindən ləğv edilən “Azərbaycan Sənaye Korporasiyası” ASC 2023-cü il üzrə hesabatı gec açıqlasa da, zərər etdiyi məlum olub.

Banker.az xəbər verir ki, “RSM Azərbaycan” audit şirkəti tərəfindən aparılan audit hesabatına əsasən, dövlət qurumu illik 8.95 milyon manat zərər edib. Halbuki, bu 2022-ci ildə 46.2 milyon manat xalis mənfəət idi.

ASK 2017-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış və  bir sıra dövlət müəssisələrini idarəetməsi altında birləşdirən korporasiya idi. Onun idarə etməsi altında şərab, əmlak, metal, ipək və pambıq kimi ixrac əhəmiyyətli məhsullar istehsal edən korporasiyalara məxsus idi.

ASK-nın mənfəətdən zərərə keçməsi onun gəlirlərinin 2023-cü ildəkindən 2022-ci ildə daha zəif performans göstərməsidir. Məsələn, 2022-ci ildə 434.2 milyon manat gəlir əldə etdiyi halda, 2023-cü ildə bu rəqəm 326.05 milyon manata düşüb. Bu, illik müqayisədə 108.15 mln. manat və ya 25 faiz azalma deməkdir. Satışların maya dəyərinin gəlirlərlə müqayisədə daha aşağı dinamika ilə azalması onun ümumi mənfəətinə 93.85 mln. manatdan 13.85 mln manata düşüb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Azərbaycan Prezidentinin fərmanı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilib. Sərəncama əsasən, Korporasiyanın “Azərbaycan alüminiumu” ASC,  “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

333333

Son xəbərlər
Digər xəbərlər