“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İstehsal və əməliyyatlar departamentinin direktor müavini Nurlan Quliyev də vəzifəsindən istefa verib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumata istinad edir.
Bu departamentin direktoru 18 iyun 2020-ci ildən İlham Bayramov direktorluq edir.
Nurlan Quliyev 13 avqust 1974-cü ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Dövlət Neft Akademiyasının “Avtomatlaşdırma sistemləri” fakültəsini, 2004-cü ildə Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. 1995-1996-cı illərdə “Bank Respublika” SKB-da müxtəlif vəzifələrdə işləyib. 1996-1997-ci illərdə “Most Bank” KB-da “Beynəlxalq əməliyyatlar” departamentində baş mütəxəssis, 1999-2010-cu illərdə “Kaspian Consulting” auditor şirkətində direktor vəzifəsində çalışıb. 2012-2015-ci illərdə “Kaspian Finance Menecment” MMC-də direktor müavini və direktor vəzifəsində, 2016-cı ildə “Caspian Consulting Partners” MMC-də direktor vəzifəsində işləyib. 5 yanvar 2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin “Digər istehsalat və xidmətlər” şöbəsinin müdiri, 19 fevral 2018-ci ildə “Ticarət və ictimai iaşə xidmətləri” şöbəsinin müdiri, 8 aprel 2019-cu ildə “Aqrar istehsalat və ticarət” departamentinin direktor müavini, 18 iyun 2020 ci ildə “İstehsal və əməliyyatlar” departamentinin direktor müavini təyin edilmişdi.