7 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus 5 şirkət birləşdi

Azərbaycanda 5 şirkət birləşir.

Banker.az xəbər verir ki, “ASK Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyəti tərkibinə “ASK İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ASK Turizm” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ASK Şəki Kərpic” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ASK Poliqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılıb. Hazırda “ASK” ASC-nin nəzdində 17 törəmə müəssisə fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər