“Azərbaycan Sənaye Korporasiyası”na məxsus “ASK İzolit” MMC-nin direktoru İsmayıl Məmmədov vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, onu Yeganə Nuruyeva əvəz edib.
Xatırladaq ki, “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 2 696 689 manatdır. Müəssisə elektroizolyasiya materialları istehsal edir.