Dövlətin bir sıra əmlaklarının idarəedicisi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin iki törəmə şirkətinin direktoru dəyişib.
Banker.az xəbər verir ki, Mürşüd Kazımlı Aqil oğlu “ASK Aqro” MMC-nin direktoru təyin edilib. Ona qədər adıçəkilən vəzifədə Azad Səmədov Əhməd oğlu olub.
İmran Məmmədov Baba oğlu “Azərtütün” ASC-nin direktoru təyin edilib. Bu vəzifədə Türkiyə vətəndaşı Tufan Kanı əvəzləyib.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.