“ASK Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, adını dəyişərək “ASK Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti “ASK Tütün” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, “ASK Aqro” 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 690 073 manatdır və qanuni təmsilçisi Mürşüd Kazımlıdır. Nizamnamə kapitalı 1 648 675 manat olan “ASK Tütün” isə 2021-ci ildə yaradılıb, qanuni təmsilçisi Nizami Zamanovdur.