2022-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyinə ödənişlər (əmək haqqı, ixtiyari və digər qısamüddətli mükafatlar) 761 min manat təşkil edib.
Banker.az bu barədə ASK-ya istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilə nisbətən 55.6 % çoxdur.
O cümlədən, ötən il ASK-ya məxsus “Azəralüminium” MMC-nin rəhbərliyinə 75,8 min manat (illik müqayisədə 3,3 % az), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyinin 78,85 min manat (21,9 % az), “Azəripək” MMC-nin rəhbərliyinin isə 75,1 min manat (11,8 % çox) ödənilib.