26 C
Baku
Monday, August 18, 2025

“Azərbaycan Sənaye Korporasiyası”nın səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir,

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2272) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.4 – 6.7-ci bəndlər əlavə edilsin:

“6.4. “ASK” ASC-nin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və “ASK” ASC-nin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması səlahiyyətləri “ASK” ASC tərəfindən həyata keçirilir;

6.5. “ASK” ASC-nin fəaliyyət istiqamətləri üzrə satış məqsədilə inşa edilmiş daşınmaz əmlak üzərində sərəncam vermə səlahiyyətləri “ASK” ASC tərəfindən həyata keçirilir;

6.6. “ASK” ASC-nin istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar “ASK” ASC tərəfindən beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə cavab verən daxili prosedurlarına uyğun həyata keçirilir;

6.7. “ASK” ASC-nin mülkiyyətində (balansında) olan dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının tam məbləği onun büdcəsinə daxil edilməklə fəaliyyətinin təmin edilməsinə sərf olunur.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. aşağıdakı məzmunda 2.2.36-1 – 2.2.36-3-cü yarımbəndlər əlavə edilsin:

“2.2.36-1. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması səlahiyyətlərini həyata keçirir;

2.2.36-2. Cəmiyyətin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin əsas məqsədinə uyğun olaraq satış məqsədilə inşa edilmiş daşınmaz əmlak üzərində sərəncam vermə səlahiyyətlərini həyata keçirir;

2.2.36-3. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatları beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə cavab verən daxili prosedurlarına uyğun həyata keçirir;”;

1.2.2. aşağıdakı məzmunda 6.4.14-1-ci və 6.4.14-2-ci yarımbəndlər əlavə edilsin:

“6.4.14-1. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması barədə qərar qəbul edir;

6.4.14-2. Cəmiyyətin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin əsas məqsədinə uyğun olaraq satış məqsədilə inşa edilmiş daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə qərar qəbul edir;”;

1.2.3. 7.3-cü bənddə “7.8-ci və 7.9-cu bəndləri” sözləri “7.9-cu bəndi” sözləri ilə əvəz edilsin;

1.2.4. 7.9-cu bəndə “Cəmiyyətin” sözündən əvvəl “Bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

1.2.5. 7.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.8. “ASK” ASC-nin mülkiyyətində (balansında) olan dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının tam məbləği onun büdcəsinə daxil edilməklə fəaliyyətinin təmin edilməsinə sərf olunur.”;

1.2.6. 9.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.2.3. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması səlahiyyətlərini həyata keçirmək;”;

1.2.7. 9.2.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.2.8-ci yarımbənd əlavə edilsin:

“9.2.8. Cəmiyyətin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin əsas məqsədinə uyğun olaraq satış məqsədilə inşa edilmiş və onun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin balansında olan daşınmaz əmlak üzərində sərəncam vermə səlahiyyətlərini həyata keçirmək.”

Son xəbərlər
Digər xəbərlər