10 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Sənaye Sığorta” rəhbərliyində dəyişiklik gözlənilir

“Azərbaycan Sənaye Sığorta” ASC (ASS) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az sığorta şirkətinə istinadən xəbər verir ki, iclas 24 avqust 2020-ci il saat 11.00-da keçirləcək.

Növbədənkənar ümumi yığıncağın gündəliyindəki məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin direktorlar şurasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.

Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə müvafiq materiallarla cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, “Gümüş Plaza” iş mərkəzindəki ofisində tanış ola bilərlər.

Ümumi yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzindəki ofisində keçiriləcəkdir.

ASS – 1996-cı ildə yaradılıb, 11 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalın 75%-i “Anadolu Investment Company” və 25%-i “Azərbaycan Sənaye Bankı”ına məxsusdur.

Son xəbərlər
Digər xəbərlər