9 C
Baku
Saturday, December 21, 2024

“Azərbaycan Sənaye Sığorta” sədri ilə yollarını ayırdı

“Azersun Holding”ə yaxın “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Orxan Əfəndiyev Oqtay oğludur.

Orxan Əfəndiyev 2019-cu ilin sentyabrından 5 il müddətinə ASS-nın İdarə Heyətinin sədri kimi təyin edilmişdi.

Qanunvericiliyə əsasən, İdarə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Bununla belə, İdarə Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

ASS-nin Müşahidə Şurasının sədri yeni dəyişib. İcbari Sığorta Bürosunun sabiq baş direktoru Rəşad Əhmədov bu vəzifəyə gətirilib.

O.Əfəndiyevin tərkindən sonra onu müavini əvəzləyə bilər. Hazırda İdarə Heyətinin sədr müavini Cəbrayılova Afaq Nazim qızıdır.

İdarə Heyətində digər səlahiyyətli isə Həmzəyev Elgiz Çingiz oğludur.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Sığorta şirkətinin 11 milyon manat nizamnamə kapitalı olmaqla, səhmlərin 95%-i “Anadolu Investment Company” MMC-yə və 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər